Afaq Bəşirqızı: “Sənətkarlıqla hegemonluq bir araya sığmır” - VİDEO

Hazırda oxunan: Afaq Bəşirqızı: “Sənətkarlıqla hegemonluq bir araya sığmır” - VİDEO

127575

“Taleyin hərdən çox gözlənilməz və sərt oyunları var. Ola bilər ki, mən aylarla, illərlə görünməyim. Amma bilirəm ki, tamaşaçıların yaddaşında, ürəyindəyəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Şou xəbər” verilişinə müsahibəsində deyib. 

Sənətkar may ayından etibarən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsinə qayıdacağını açıqlayıb: 

“Çalışdığım Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevlə bir neçə gün əvvəl görüşmüşük və yeni layihələrin planlarını qururuq. Çox güman ki, məni may ayında səhnədə görəcəksiniz. Atam Bəşir Səfərov bu yolu gedib, ində mən də bu yolu onun arxasınca gedirəm. Oğlu olsaydı, arxayın olardım ki, işığını yandıran var. Amma...”. 

A.Bəşirqızı sənətə gələn gənc aktyorlara məsləhətindən də qalmayıb: 

“Azərbaycan teatrında və kinosunda istedadlı gənclərə nə arzu edirəm. Başlarını aşağı salıb yaradıcılıqları ilə məşğul olsunlar, təriflədikcə sakit qalıb sussunlar, dünyanı “dağıtmasınlar”. Sənətkarlıqla hegemonluq bir araya sığmır”. 

Tədbirlərin birinə həyat yoldaşı Əhməd Təhməzovla qatılan Afaq Bəşirıqızı onu həm tərifləyib, həm də bütün xanımlara bu cür “ər” arzulayıb: 

“Həyat yoldaşım çox utancaq insandır. 43 ildir ki, biz dərdləşirik. Hamıya bu xasiyyətdə, mənlikdə və qürurluqda həyat yoldaşı arzu edirəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin