Aftandil İsrafilov xəstəxanaya YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Aftandil İsrafilov xəstəxanaya YERLƏŞDİRİLDİ

127456

Xalq artisti Aftandil İsrafilovun səhhəti yenidən pisləşib və o, xəstəxanaya yerləşdirilib. 

Bu haqda isə Bizim.Media-nın əməkdaşı ilə söhbətində sənətkarın həyat yoldaşı Zemfira İsrafilova bildirib. 

81 yaşlı qarmon ifaçının xanımı A.İsrafilovun bu gün Dövlət Təhlükəsizlik Xidməti hospitalına yerləşdirildiyini açıqlayıb: 

“Aftandil müəllim üç aylıq müalicə kursu götürmüşdü. Müalicə olundu, amma gözlənilmədən səhhəti pisləşdi. Buna görə də, onu DTX-nin hospitalına yerləşdirdik. Həkimlər dərhal müdaxilə etdilər. Az əvvəl həkimi ilə danışmışam. O söylədi ki, Aftandil müəllimin səhhəti stabildir. Qəbul etdiyi dərmanlardan və köçürülən sistemlərdən sonra onun gözaltı şişləri çəkilib. Amma o, hələ də zəifdir. İllər əvvəl İranda onun ürəyinə stend qoyulub. Lakin Aftandil müəllimin ürək çatışmazlığı da var. Həkimlər onun hələ bir müddət hospitalda qalacağını məsləhət görüblər. Dua edirik ki, sağalsın və ailəmizin yanına qayıtsın”. 
Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti hospitalına yerləşdirilmişdi. Daha sonra evə buraxılan Xalq artisti dekabrda yenidən vəziyyəti ağırlaşdığına görə eyni hospitala aparılmışdı. A.İsrafilov uzun müddət orada müalicə aldıqdan sonra yenidən evə buraxılmışdı.  

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin