Türkiyənin superstarı Ajda Pekkanın Bahçeköydəki meşə ərazisində yerləşən lüks malikanəsi artıq üç ildir ki, satışa çıxarılıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi villasının satış qiymətini artırıb.
Onun bu addımı mediada sərt tənqid edilib. Ölkə sakinləri hesab edirlər ki, müğənni zəlzələ ajiotajından sui-istifadə edib.
75 yaşlı Pekkan sözügedən məsələ ilə bağlı qanuni addım atacağını açıqlayıb:
“Zəlzələdən “sui-sitifadə etmək” nə deməkdir? Bunlar doğru olmayan xəbərlərdir. 60 ildir ki, bu ölkəyə vergi ödəyirəm. Mən də zəlzələdən zərər çəkən vətəndaşlarımız üçün əlimdən gələni edirəm. Pul bağışladım... Mənim adıma böhtan atmaq üçün bu xəbərləri gündəmə gətirənlərə qarşı qanuni tədbir görəcəyəm”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:13 / 27.03.2023
Ajda Pekkan bu hərəkətinə görə ittiham olunur - FOTO
Hazırda oxunan: Ajda Pekkan bu hərəkətinə görə ittiham olunur - FOTO
Hazırda oxunan: Ajda Pekkan bu hərəkətinə görə ittiham olunur - FOTO
127441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.