\"SOY\"un rəhbəri Oqtay Əliyevin ölüm səbəbindən DANIŞDI - VİDEO

Hazırda oxunan: \"SOY\"un rəhbəri Oqtay Əliyevin ölüm səbəbindən DANIŞDI - VİDEO

127403

“SOY” productionun təsisçisi, MTV kanalının bədii rəhbəri Siyavuş Hüseynli martın 22-də axşam saat 18:00 radələrində Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevin ölümündən danışıb. 

Bizim.Media xəbər verir ki, o, bu haqda qonaq olduğu “Səhər mərkəzi” verilişində məlumat verib. 

S.Hüseynli bildirib ki, O.Əliyev avtomobili idarə edən zaman huşunu itirib: 

“Belə bir məlumatlar yayıldı ki, güya Oqtay ürəyindən əməliyyat olunub. Amma bu yalandır. O, ürəyindən əməliyyat olunmayıb. Oqtayın ölümü ilə bağlı analizlərin cavabı təqdim olunmalıdır. Oqtay sükan arxasında oduğu zaman hüşünü itirib. Damar tıxanması olub və ya infarkt keçirib... Bəlli deyil. Oqtay huşunu itirdiyinə görə idarəetməni itirib və qəza baş verib. Hadisədən sonra Oqtayı çağırsalar da, cavab verməyib və dünyasını dəyişib”. 

Proqramın digər qonağı Xalq artisti Mübariz Tağıyevin “Yuxuya gedib?” sözlərinə Siyavuş Hüseynli “Xeyr, yuxuya getməyib. Yuxu olsaydı... Onu o qədər səsləyib, çağırıblar. Mehriban xanım (Xalq artisti Mehriban Zəki eyni avtomobildə O.Əliyevlə olub – red.) və Dilarə xanım (O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva – red.) çağırsalar da, cavab verməyib. Huşu getmişdi. Həkimlər Oqtayın ölümü ilə bağlı yaxın zamanda dəqiq açıqlama verəcəklər” cavabını verib. 
Qeyd edək ki, O.Əliyev martın 23-də Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin