Vəfa Şərivofa: “Hamiləlik dövründə ərimdən iki ay küsülü qalmışam” - VİDEO

Hazırda oxunan: Vəfa Şərivofa: “Hamiləlik dövründə ərimdən iki ay küsülü qalmışam” - VİDEO

127369

“Bu brilliant daşlarla bəzədilmiş üzük yenidir. Bunu isə mənə həyat yoldaşım alıb (gülür). Özüm seçmişəm. Amma hədiyyə sayılır. Qiyməti 10 min manatdan aşağıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi keçirdiyi estetik əməliyyatlarından söz açıb: 

“Estetik əməliyyat eləməmişəm desəm yalançı olaram. Kosmetoloqlara gedirəm, üzümə müdaxilələr edirəm. Amma estetik əməliyyatlar çox etdirməmişəm. Buna hələki ehtiyac yoxdur. Amma lazım olsa gedib etdirəcəyəm. Heç bir əməliyyatdan çəkinmirəm və qorxmuram”. 

Vəfa bildirib ki, həyat yoldaşı ilə hamiləlik dövründə iki ay küsülü qalıb: 

“Əgər mənə estetik əməliyyat lazım olarsa, həyat yoldaşımdan iki gün əvvəl küsürəm. Sonra biləndə heç nə demir. Barışmaq üçün isə bir gül gətirir barışırıq. Hamiləlik dövründə iki ay ərimdən küsülü qalmışam. Həyat yoldaşımla hər ailələrdə olduğu kimi küsüb, barışırıq. Amma zamanla hər şey aradan qalxır, keçib gedir”. 
Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Hazırda müğənni hamiləliyinin son aylarını yaşayır. Vəfanın Məryəm adında bir qızı var.    
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin