"Qanlı bıçaq" olan Əməkdar artist Elza Seyidcahanla meyxanaçı Vüqar Əbdülov "Gül kimi şou"da üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, verilişin aparıcısı Cavid Gül sənətçiləri barışdırmaq niyyətinə düşüb.
Seyidcahan "Vüqardan küsməyimin səbəbi özüdür. Özü məndən inciyib, əslində mən inciməliyəm" sözlərini dilə gətirib.
Vüqar isə barışmaq istəmədiyini bildirib və Elza ilə birlikdə oxumaqdan imtina edib.
Söz xiridarı aparıcının barışıq suallarını da cavabsız qoyub.
Qeyd edək ki, bir müddət əvvəl V. Əbdülov E.Seyidcahanın ünvanına "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”... Etmə belə başına dönüm sənin, Elza" sözlərini deyib. Elza isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq" - deyə, Vüqara cavabını vermişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:07 / 25.03.2023
Vüqar "qanlı bıçaq" olduğu Elza ilə BARIŞMAQ İSTƏMƏDİ - VİDEO
Hazırda oxunan: Vüqar "qanlı bıçaq" olduğu Elza ilə BARIŞMAQ İSTƏMƏDİ - VİDEO
Hazırda oxunan: Vüqar "qanlı bıçaq" olduğu Elza ilə BARIŞMAQ İSTƏMƏDİ - VİDEO
127153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.