Vüsalə: "Nə qədər içi çirkinləşmiş, axirətini bilməyən insanlar var..." - VİDEO 

Hazırda oxunan: Vüsalə: "Nə qədər içi çirkinləşmiş, axirətini bilməyən insanlar var..." - VİDEO 

126940

Vüsalə Əlizadə aparıcısı olduğu "7canlı" axşam şousunda ötən gün Əməkdar mədəniyyət işçisi və "SOY" production-un rəhbəri Oqtay Əliyevin vəfatı xəbərini canlı efirdə açıqladığı zaman kövrəlməsini lağ və tənqid hədəfinə çevirənlərə cavab verib. 

Bizim.Media xəbər verir ki, televiziya ulduzu keçirdiyi hisslərini sosial şəbəkədə müzakirə predmetinə çevrilməsinə üsyan edib.  

"Haqqımda nəsə paylaşılırsa, rəyləri oxumağı özümə qadağa qoymuşam. Təsadüfən baxıb gördüm ki, nə qədər içi çirkinləşmiş insanlar var aramızda, nə qədər axirətini bilməyib danışan insanlar var… İnanın ki, əməl dəftəriniz yüklənir, bu, çox ağırdır, bununla axirətə getmək çox çətindir. Sevməyə bilərsiniz, amma olduğu kimi qəbul edin. Televiziyanın məsuliyyətini, ağırlığını kimsə bilməz. Mən bəlli bir şeylər yaşamışam və bunu çox böyük acı ilə deyirəm ki, qəza mənim də həyatımın ən ağır tərəfimdir.  

“7 canlı” heyəti bu hadisəni efir öncəsi məndən gizlətdi. Çünki bilirdilər ki, nə qədər acı çəkə bilərəm, nə yaşaya bilərəm. Efir formatı, veriliş mənim durumuma bağlı olduğu üçün komanda bunu məndən gizlətdi. Efirin bitməyinə az qalmış bu məlumat verildi və informasiyanı olduğu kimi tamaşaçılara ötürməli, çatdırmalıyam. İnformasiyaçıyam, bu, mənim işim, borcumdur.
Redaktor qulaqlıqla məlumatı verir. Bunu belə iyrənc həddə gətirib, mənim çəkdiyim acıya qatıb-qarışdırıb, yaşadıqlarıma şərhlər verib yazan insanlar, çox acizsiniz, heyif. Əməl dəftərinizə çox yük yığırsnız. Həyat çox gözəldir, nə olar sevgi ilə yanaşaq”, - deyə Vüsalə vurğulayıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin