“Bacım Dilarə və Mehriban Zəki həkim tərəfindən müayinə olunur” - Vüsal Murtuzəliyev

Hazırda oxunan: “Bacım Dilarə və Mehriban Zəki həkim tərəfindən müayinə olunur” - Vüsal Murtuzəliyev

126799

"Hazırda Sumqayıt şəhəri Travmatologiya xəstəxanasındayam. Bacım Dilarə həkim tərəfindən müayinə olunur. Onun vəziyyəti normaldır".

Bu sözləri Əməkdar artist Dilarə Əliyevanın aktyor qardaşı Vüsal Murtuzəliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

MÖVZU İLƏ BAĞLI:

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi


Vüsal Mehriban Zəkinin reanimasiyaya yerləşdiyini açıqlayıb.

"Mehriban xanım hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Həkim nəzarətindədir. Onun üz və qulaq nahiyyəsində ciddi xəsarətlər var. Bədənində sınığın olub-olmadığı haqda dəqiq informasiyam yoxdur".

Dünyasını dəyişən Oqtay Əliyevin dəfni ilə bağlı suala isə aktyor "Bu haqda hələ heç bir məlumat verə bilməyəcəyəm. Çox güman ki, Oqtay Əliyev sabah dəfn olunacaq" deyə açıqlqma verib.

Qeyd edək ki, bu gün saat 18:00 radələrində Saray qəsəbəsi ərazisində  Əməkdar mədəniyyət işçisi, məşhur prodüser Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin