Türkiyənin məşhur müğənnisi Seda Sayan 4 milyon dollara (təxminən 6,8 milyon manat) aldığı lüks villası ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, ölkəsinin ən zəngin mülkünə sahib sənətçilərindən olan Seda Qayrettepeden Boğaza köçüb.
Villanın “təpədən dırnağa” hər bir hissəsini təmir etdirən Sayanın tikinti başa çatan kimi Qayrettepedeki evindən bura köçdüyü bildirilib.
Məşhur sənətçinin zövqlə döşənmiş evi qısa zamanda sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
58 yaşlı Sedanın İstanbulda 30 mənzili, Bodrumda üç villası və Londonda bir evi olduğu iddia edilir.
Dəbdəbəli malikanəsini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Sayan bu addımı ilə onları qəzəbləndirib.
Belə ki, izləyicilər ölkədə baş verən dəhşətli zəlzələni müğənniyə xatırladaraq, Sayanı linç ediblər:
“”Belə bir dövrdə özünü göstərməyin nə mənası var?”, “Gördük ki, dəbdəbələr bir anda yoxa çıxır”, “İnsanlar çadırlardadır, bunu göstərməsəydiniz, ayıbdır””.
Qeyd edək ki, Seda Sayan həmkarı Çağlar Ökten ilə ailə qurub. 10 aydır evli olan Seda Sayan və Çağlar Ökten son zamanlar boşanma iddiaları ilə gündəmə gəliblər. Lakin bir müddət keçdikdən sonra müğənni boşanma xəbərini təkzib edib.
Rəşad Əliyev, Bizim.Media