Tarzən Humay: “Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir” – FOTO

Hazırda oxunan: Tarzən Humay: “Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir” – FOTO

126612

Tarzən Humay Qədimova dahi bəstəkar Asəf Zeynallı ilə bağlı diqqət çəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi mərhum bəstəkarın qəbrini ziyarəti zamanı məzarının baxımsız vəziyyətdə olduğunu əks etdirən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Humay sözügedən məsələ ilə bağlı adiyyəti qurumlara çağırış edib: 

“Çoxdandır məni narahat edən bir məqam var. Allah dünyadan köçən dahilərimizə rəhmət etsin. Təxminən üç ay bundan əvvəl mərhum bəstəkar Asəf Zeynallının məzarını ziyarət etdim. Çox yazmayacam. Baxımsız vəziyyətdədir. Bir neçə gün öncə yenə də ziyarət etdim.

Bu kişi cəmi 23 il ömür yaşadı, amma bu balaca ömürdə böyük Azərbaycan mədəniyyəti yaratdı. Lazımi hörmətli şəxslərə müraciətimi etmişəm məzarın bərpası ilə bağlı. Səsimə səs verdikləri üçün dərin təşəkkürümü bildirirəm. Qeyd edim ki, mən Asəf Zeynallı adına kollecin məzunuyam və 15 ildir həmin kollecin müəlliməsiyəm”. 
Qeyd edək ki, A.Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat edib. Əvvəlcə "Çəmbərəkənd"də dəfn olunan bəstəkarın məzarının yeri sonradan orada park salındığı üçün dəyişdirilib.

Onun nəşi “Qurd qapısı”na köçürülüb. 

Xatırladaq ki, A.Zeynallı bir neçə Azərbaycan xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı bəstəkarın ən məşhur əsəri hesab olunur. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin