Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəşad İlyasov həkim-pediatr həyat yoldaşı Gülnarə xanımla birlikdə Almaniyaya yollanıb.
Bizim.Media xəbər verir ki, Novruz bayramı ilə əlaqədar Köln şəhərində həmvətənlərimiz üçün təşkil edilən şənlikdə səhnə aldıqdan sonra sənətçi Fransanın döyünən ürəyi Parisə gedib.
R.İlyasov Eyfel qülləsinin önündə kanon çalaraq, mahnı ifa edib. Müğənni “Yaz gəldi” nəğməsini oxuyub.
Xanımının çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşan Rəşad “Beləsi olmamışdı. Fransadan - Eyfel qülləsindən Novruz təbriki” şərhini yazıb.
Həmin videonu sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media