“Dostlarım, yaxınlarım deyirlər ki, Aygün sən şou-biznesə qoyduğun pulları özünə xərcləsəydin, hər şeyin qızıldan olardı”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu “Xəzər axşamı” verilişinin Novruz bayramı buraxılışında deyib.
Keçirdiyi konsert və təqdim etdiyi layihələrinin bahalı olmasından söz açan pop diva bu işləirndən qazanc güdmədiyini bildirib:
“Əslində, o vəsaiti özümə qoymuşam. Niyə layihələrim bahalıdır? Çünki keyfiyyətlidir...
Keyfiyyətli olduğundan bahalı alınır. Baxaq ssenariyə və şounun içində nələr olacaq. Əgər sən standart bir konsert versən – musiqiçilər və sən, o zaman bunun büdcəsi az olacaq. Amma gəlin mənim verdiyim konsertin büdcəsinə baxın, görün nələr və kimlər var?
Sadəcə, burada qazanc söhbətidir ki, mən böyük şoularımdan və bü cür layihələrimdən təbii ki, qazanmıram. Çünki orada qazancı deyil, yaradıcılığı və keyfiyyəti düşünürəm. Dünənki konsertimi üstələyəcək bir layihə ortaya çıxarmağı qarşıma məqsəd qoyuram”.
Qeyd edək ki, aylar əvvəl Aygün Kazımova ikinci dəfə “Baku Crystal Hall”da konsert verəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Lakin gecənin tarixi ilə bağlı hələlik açıqlama verilməyib.
- A-
- A
- A+
Şoutaym
11:15 / 21.03.2023
Aygün Kazımova: “Bu pulları özümə xərcləsəydim, hər şeyim qızıldan olardı“ - VİDEO
Hazırda oxunan: Aygün Kazımova: “Bu pulları özümə xərcləsəydim, hər şeyim qızıldan olardı“ - VİDEO
Hazırda oxunan: Aygün Kazımova: “Bu pulları özümə xərcləsəydim, hər şeyim qızıldan olardı“ - VİDEO
126598
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.