“365” filminin ulduzu HATAYDA zəlzələ qurbanlarına YARDIM ETDİ - FOTO/VİDEO

Hazırda oxunan: “365” filminin ulduzu HATAYDA zəlzələ qurbanlarına YARDIM ETDİ - FOTO/VİDEO

126240

İtaliyalı aktyor Mikelle Morrone Türkiyədə təbii fəlakət bölgəsinə gedib. 

Bizim.Media xəbər verir ki, “365” filminin ulduzu Hatayda zəlzələdən zərərçəkənlərin məskunlaşdığı çadır kəndinə baş çəkib. 

Zamanının çox hissəsini uşaqlarla keçirən Mikelle onların təhsil aldığı müvəqqəti çadır məktəbinə də gedib. 

Həmçinin, Morrone zəlzələ qurbanlarına yardım sovqatı da aparıb. Onların içində müxtəlif geyim və gündəlik istifadə üçün lazım olan əşyalar olub. 

Mikelle Morrone həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, onları da yardım etməyə çağırış edib. 

Rəşad Əliyev, Bizim.Media
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin