Hadisə: “Bu fəlakəti unutmaq olmaz” – FOTO

Hazırda oxunan: Hadisə: “Bu fəlakəti unutmaq olmaz” – FOTO

126179

“Zəlzələdən 40 gün keçdi... Bu şəkli fevralın 24-də çəkmişəm. Yuxusuz bir gecədə bu şəkli anama atdım. Çünki o, yata bilmirdi. Nə xoşbəxtəm ki, anam sağdır və ona mesajım var, nə qədər şanslı olduğumu düşünürdüm. Bu zəlzələdə nə qədər ana övladını, uşaqlar da analarını itirdi. Hələ də ürəyim ağrıyır...” 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin məşhur pop ulduzu Hadisə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Fevralın 6-da ölkəsində baş verən dəhşətli təbii fəlakətdən söz açan sənətçi hamını zərərçəkənlərə yardım və dualar etməyə çağırıb: 

“Normala dönən nədir? Bu cümlə mənim üçün çətindir. Bəli, həyat davam edir və olmalıdır, amma bu fəlakəti unutmaq olmaz. Bacardığımız qədər kömək etməyə davam edəcəyik. Dualarım həyatını itirənlərlə və onların geridə qoyub getdikləri ailələri, dostları və sevdikləri ilədir. Əminəm ki, biz sizin ağrınızı anlaya bilmərik, amma inanın ki, biz sizin üçün daim dua edəcəyik”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin