Nazilə ondan pul istəyənləri ACILADI: “İşləyin, piyləriniz ərisin” - VİDEO

Hazırda oxunan: Nazilə ondan pul istəyənləri ACILADI: “İşləyin, piyləriniz ərisin” - VİDEO

126084

“Dekorasiya qurmaq işlərimiz yenicə bitib. Bir-iki saat yatıb, sonra yenidən işə qayıdacağam. Bunu çəkirəm ki, siz görəsiniz ki, biz belə küçələrdə, çöllərdə işləyib pul qazanırıq. Amma iki gündür görürəm ki, necə qurdlu və kinli insanlar var. Heç yaraşdırmıram sizə. Adam bilmir sizinlə neçə davransın və danışsın. Hamınız  80-ci yuxudasınız. Amma mənim ayaqlarım suyun içindədir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib. 

Sənətçi ondan pul istəyən izləyicilərə ağır sözlər ünvanlayıb: 

“Ağzıgöyçəklər, gözü kör, qulağı karlar oturublar evdə. Əlini ağdan-qaraya vurmaq istəməyənlər, kasıblıqdan şikayət edib, həyatı boyu işləməkdən imtina edənlər yadda saxlayın ki, o yüzdə-mində bir adama hazır “halva-çörək” yazılır. İşləməyən isə ac ölür. Pulu şikəst istəsə insanı yandırmaz. Allah onlara kömək olsun! Əli-ayağı düz olan insanlar pul istəyəndə adam yanır, tökülür. Gedin bir az işləyin ki, oranızın-buranızın piyləri ərisin. Əsəb oldum. Elə şərhlər yazırsınız ki, ətim tökülür.

Yazır ki, evdə dörd uşağım var onlara çörək verə bilmirəm. Bu dörd uşağı istehsal edəndə yanında mən var idim? Abırsız! Bəstirin də,  nə qədər olar? Saat 05:44-dür cavan uşaqlar, qoca dayı təkər qaraldır. Sizin onlardan nəyiniz əksikdir. Hələ biri yazır ki, dodağıma silikon vurmuşam indi isə onu çıxartmağa mənə pul lazımdır.  Səni görüm o dodağının üzünə həsrət qalasan. Hələ mən bilmirəm o geli sifətə vuranda necə olur? Dodağına gel vuranda nə qələt edirdin? İndi gördün ki, çürüyür yadına Nazilə düşdü. Dodağına gel vuranda heç Nazilə yadına düşmürdü. Bayquşlar...” 
Qeyd edək ki, Nazilə Səfərli bir neçə gün əvvəl nəvəsi üçün 5000 manata qurbanlıq dəvə kəsdirib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin