Eşqin: “Həyat yoldaşım Aysun sözə baxan qızdır” - VİDEO

Hazırda oxunan: Eşqin: “Həyat yoldaşım Aysun sözə baxan qızdır” - VİDEO

126006

“Yeni biznes qurmuşam. Hazır olanda hamı biləcək. Biznesimin şou-biznesə heç bir adiyyatı yoxdur. Əlbətdə ki, qazandığım pullarla Aysuna maddi dəstəyəm. Olmalıdır da...” 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılovanın həyat yoldaşı Eşqin Cəlilov qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçinin əri bildirib ki, Aysuna heç bir qadağa qoymur: 

“Aysuna qadağa qoymağa ehtiyac yoxdur. Çünki biz ayrı olmuruq ki, nəyəsə və nələrəsə qadağa olsun. Nə geyiminə, nə gedəcəyi yerə nə də ki oturub-durduğu insanlara qadağa qoyuram. Heç bir işinə qarışmıram. Baltalamaq, kəsmək kimi şeylər yoxdur. Baltalayanda və kəsəndə insan iyrənir. Amma yavaş-yavaş göstərəndə ki, bu məsləhət deyil, düz qəbul edir bunu. Aysun sözə baxan qızdır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin