Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızığül Bakı konserti zamanı aldığı əmanətlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında musiqili gecəsində ona azərbaycanlı bir qızcığaz tərəfindən verilən içi məktəb ləvazimatları ilə dolu hədiyyə qutusunu Adıyamanda yaşayan azyaşlı qıza verdiyi görüntülərini yayımlayıb.
Adıyamana gedən Mahsun daun sindromun əziyyət çəkən azyaşlı Yağmur adlı bir qıza həmin qutunu təqdim edib.
Kırmızıgül bildirib ki, sözügedən hədiyyəni azərbaycanlı bir qız ona verib və çox sevdiyini məktubda yazıb.
Daha sonra sənətçi göz yaşlarına hakim ola bilməyib.
Həmin görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media