Xalq artisti Brilliant Dadaşova mərhum əmisi oğlu, Xalq artisti Rafael Dadaşovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi aktyorun bu gün anım günü olduğunu yazıb.
“Rafael, heyf sən xəstəxanaya düşəndə Bakıda deyildim. Gələndən sonra əlimizdən gələni etdik. Amma gec oldu”.
Qeyd edək ki, aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 2020-ci il martın 16-da vəfat edib.
Rəşad Əliyev, Bizim.Media