Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni maşın vurub.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı rəqqasə ilə əlaqə saxlayıb.
Fatimə göz yaşı içində Aytacın hazırkı vəziyyətinin ağır olduğunu açıqlayıb:
“Aytacla dünən çəkilişdə idik. Çəkilişdən sonra isə o ad gününə getməli idi. Qızdırması var idi, deyirdi ki, halsızam evə gedəcəyəm. Ad günündən çıxıb yolu keçəndə onu avtomobil vurub. Hazırda Aytac 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Vəziyyəti olduqca ağırdır.
O bir saatdan sonra digər xəstəxanaya köçürüləcək. Başından ağır zədə alıb, bədənində də sınıqlar və yaralar var. Hazırda həkimlər Aytacın səhhəti ilə bağlı dəqiq bir şey deyə bilmirlər. Bir tək onu söyləyiblər ki, əgər özünə gəlməsə, komaya düşə bilər”.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu avtomobili vurub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:16 / 16.03.2023
Fatimə avtomobil vuran köməkçisi HAQDA: “Komaya düşə bilər” - ÖZƏL
Hazırda oxunan: Fatimə avtomobil vuran köməkçisi HAQDA: “Komaya düşə bilər” - ÖZƏL
Hazırda oxunan: Fatimə avtomobil vuran köməkçisi HAQDA: “Komaya düşə bilər” - ÖZƏL
125823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.