“Toppuş bacı”nın qızı: “Çox istəyirəm ki, aktrisa olum” - VİDEO

Hazırda oxunan: “Toppuş bacı”nın qızı: “Çox istəyirəm ki, aktrisa olum” - VİDEO

125776

“Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan mərhum aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra ilk dəfə tamaşada rol alıb. 

Bizim.Media xəbər verir ki, aktrisanın övladı, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatrının studiyası tərəfindən hazırlanan “Bahar” adlı inkluziv tamaşanın premyerasında iştirak edib. 

Bununla bağlı “Söhbət var” verilişində süjet yayımlanıb. 

“Çox qəşəng oynadım. Özüm də çox sevinirəm. İlk dəfədir oynayırdım, qaranquş rolunda idim. Çox istəyirəm ki, aktrisa olum”, - deyə Zəhra bildirib. 

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin