Xəbər verdiyimiz kimi, ölkəmizi bu il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Zaqatala bölgəsindən olan Tural və Turan Bağmanov qardaşları “Tell Me More” nəğməsi ilə təmsil edəcəklər.
Bizim.Media xəbər verir ki, Avropa bukmeykerləri Azərbaycan təmsilçiləri ilə bağlı proqnozlarını açıqlayıblar.
MÖVZU İLƏ BAĞLI:
"Avroviziya-2023"də Azərbaycanı təmsil edəcək mahnı MÜƏYYƏNLƏŞDİ - VİDEO
Onların iddialarına görə hazırda Azərbaycanın Liverpulda qalib gəlmə əmsalı 1%-dən də azdır. Bukmeyker kontorları “TuralTuranX” dueti üçün finalda 22-ci yeri proqnozlaşdırır.
Qeyd edək ki, 9-13 may tarixlərində keçiriləcək "Avroviziya-2023" mahnı müsabiqəsi bu il Böyük Britaniyanın Liverpul şəhərində təşkil ediləcək.
Rəşad Əliyev, Bizim.Media