Müğənni Roza Zərgərli türk həmkarı Mahsun Kırmızığül ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Roza Mahsuna ərəb dilində qızıl rəngdə yazılan “Allah” sözü yazılmış tablo hədiyyə verib.
Belə dəyərli hədiyyəyə görə Kırmızıgül Zərgərliyə minnətdarlığını bildirib. Roza isə sözügedən hədiyyənin xüsusi olaraq onun üçün hazırlatdığını qeyd edib.
Həmin anları isə Roza sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media