Manaf Ağayev: “Əsl kişi ağlayar”  - VİDEO

Hazırda oxunan: Manaf Ağayev: “Əsl kişi ağlayar”  - VİDEO

125187

“İnsanlar qəddarlaşıb. Biz axı niyə belə olduq? Hamı düz insan axtarır, amma heç kim düzgün insanı sevmir. İnsan baxır və düşünür ki, biz niyə belə olduq? Biz belə deyildik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, insanlar bir-birini tanımasalar da, pisliklərindən geri qalmırlar:  

“İndi hamı-hamının arxasınca danışır. Hamı bir-birinə badalaq vurmağa çalışır. Bir-birinə xain münasibət göstərirlər. Başqa cür olmuşuq. Maraqlıdır ki, qarşı tərəf heç səni tanımır, münasibəti yoxdur yenə səni istəmir. 30 il bundan əvvəl gördüyüm insanlardan əsər-əlamət qalmayıb”. 

Manaf “Kişi heç zaman ağlamaz” deyimi ilə də razılaşmayıb: 

“Belə bir söz var ki, kişi ağlamaz. Amma bu sözlə heç zaman razılaşmamışam. Elə əsl kişi ağlayar. Necə yəni ağlamaz? Əgər bir kişinin yaxın dostu, valideyini dünyasını dəyişirsə, necə ola bilər ki, ağlamasın? Namərd önündə kişi ağlamaz. Bu başqa məsələdir”. 
 


Rəşad Əliyev, Bizim.Media 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin