Müğənni ilə psixoloq arasında DAVA: "Elə bil burada erməni ilə oturmusunuz" - VİDEO

Hazırda oxunan: Müğənni ilə psixoloq arasında DAVA: "Elə bil burada erməni ilə oturmusunuz" - VİDEO

125160

"Zaurla Günaydın" səhər şousunun canlı efirində qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, sözügedən verilişdə qonaq olan müğənnilər Zeynəb Həsəni, Şəbnəm Qəhrəmanova ilə psixoloq Könül Cəfərova söz davasına çıxıb.

Buna səbəb isə Könülün övladının Zeynəbin telefonunu yerə atması olub.

"Sizin övladınız hiperaktivdir deyə telefonumu qırmalıdır? O telefonumu yerə atdı. Qırmadı deyə gərək yenidən əlinə alıb, qırsın? Sizin övladınız gəlib telefonumu stolun üstündən götürdü. Siz uşağınıza "sus" deyin. Biz də uşaq olmuşuq. Mən sizin uşağınıza qarşı heç bir tərbiyəsiz ifadə işlətməmişəm. Dedim ki, gəlin uşağınızı burada götürün. Siz niyə mənə qarşı bu qədər aqressivsiniz? Siz müğənni Vəfa Şərifovanın (qalmaqal yaşadığı həmkarı - red.) nəyisiz?  Bu xanım bayaqdan mənə söz atır. Deyir ki, mən Vəfanı çox istəyirəm. İstəyirsiniz, başa düşdük.

Məndən nə istəyirsiniz? Çox gözəl bizə nifrət edin. Elə bil ki, burada erməni ilə oturmusunuz", - deyə Zeynəb fikirlərini ifadə edib.

Həsənin bu çıxışına K. Cəfərova "Əgər telefonunuz qırılsaydı, mən yenisini alıb sizə verəcəkdim. Uşağımı zəncilləməliyəm? Siz evdə uşaq böyütmürsünüz? Telefonunuzu isə mən övladımın əlinə verməmişəm. Övladıma bir əşyaya görə niyə məhdudiyyət qoyub, ona acıqlanmalıyam? Heç mənim övladımın sizinlə şəkil çəkdirməyə ehtiyacı yoxdur" söyləyib.

Efirdə yayımlanan sözügedən görüntüləri təqdim edirik:

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin