Ancelina keçmiş əri Bredin yeni sevgilisi ilə GÖRÜŞMƏK İSTƏYİR - FOTO

Hazırda oxunan: Ancelina keçmiş əri Bredin yeni sevgilisi ilə GÖRÜŞMƏK İSTƏYİR - FOTO

125150

Hollivud ulduzu Ancelina Coli qalmaqallı şəkildə boşandığı keçmiş əri Bred Pittlə İnes de Ramonun münasibətini "burunlarından gətirməyə" hazırlaşır.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktyorla sevgilisi arasında qurulan sıx əlaqə və hətta yaxın toy haqqında məqalələr dərc edərkən, Ancelina məkirli planlar qurur.

Belə ki, Coli Bredin sevgilisi ilə görüşmək və onunla ürəkdən danışmaq istəyir. Aktrisa onu Pittlə həyatın bütün tələlərindən xəbərdar etmək üçün zərgərlik dizayneri ilə görüşməyə ümid edir.

Ulduzun keçmiş həyat yoldaşının bir ildən artıqdır ki, onu ittiham etdiyi məişət zorakılığını xatırlatmağı da düşünür, desək heç də yanılmarıq.

İnsayder "Heat Magazine" nəşrinə bildirib ki, Ancelina kölgədə oturub seyr etmək yox, vəziyyətə nəzarət etmək istəyir. O, İneslə təkbətək görüşməyə və acılı həyat hekayəsini ona danışmağa ümid edir ki, bütün mənzərəni görə bilsin, öz qərarını açıq şəkildə və ayıq başla verə bilsin.

İnsayder onu da əlavə edib ki, Coli Pittin həyatına müdaxilə etməkdə özünü "düzgün hiss edir". Axı o, hələ də onların altı uşağının atasıdır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin