2012-ci ildə Bakıda keçirilən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində "Euphoria" nəğməsi ilə qalib olan mərakeş əsilli isveçli müğənni Lorin yenidən yarışmada çıxış edəcək.
Bizim.Media xəbər verir ki, ötən gün baş tutan İsveçin milli seçim turunun finalında iştirak edən müğənni "Tatoo" mahnısı ilə yarışmada təmsil etmək hüququ qazanıb.
Bukmeykerlərin proqnozuna görə, 67-ci "Avroviziya"nın qalibi elə İsveç təmsilçisi olacaq.
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan sözügedən müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.
Rəşad Əliyev, Bizim.Media