"İndi elə bir yaş həddindəyəm ki, hər gün bir əməliyyat keçirə bilərəm. Amma tək omba əməliyyatından başqa. O əməliyyatı (ağzını əyir) etmərəm!".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Televiziya ulduzu ombasını böyüdən məşhurlara həm atmaca atıb, həm də onları ələ salıb:
"Dünya trendlərində omba böyütmə əməliyyatı artıq dəbdə deyil. Məncə ombasını böyüdənlər ora qoyduqları silikonları artıq çıxartsınlar".
"Siz omba böyütmə əməliyyatı etdirərsiniz?" sualına isə Z.Bədəlova əvvəlcə gülüb, daha sonra isə bu əməliyyatı özünə yaraşdırmadığını dilə gətirib:
"Mənə omba əməliyyatı yaraşmaz. Təsəvvür edin, boyum balaca... Omba əməliyyatını etdirsəm, arxaya yıxılaram".
Rəşad Əliyev, Bizim.Media