AzTV-nin məşhur xəbər aparıcısı Samirə Mustafayeva yeni fotosessiya etdirib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu qapalı məkanların birində qara rəngli “oversizü” pencək və uzun ətəkdə cazibədar pozlar verib.
Samirə yeni fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Aparıcı şəkillərinə Hüseyn Cavidin bu misraları ilə şərh yazıb:
“Qadın gülərsə, bu səssiz (ıssız) mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək. Xanımlar, üzünüz hər zaman gülsün”.
Rəşad Əliyev, Bizim.Media