“Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan mərhum aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra tamaşada rol alıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı aktrisanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında məlumat yayıb.
Sənətçinin əri bildirib ki, övladının yer aldığı tamaşa bir neçə gün əvvəl Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunub:
“05.03.2023 tarixini unutmadığım kimi, 22.01.2023 tarixini də (Tünzalə Əliyevanın vəfat etdiyi gün) unutmayacağam. Biri həyatımın ən xoş, digəri isə ən bədbəxt günüdür. İllərlə səni səhnədən izlədim. İndi isə sənin məndə olan yadigarını səhnədə izləmək şərəfinə nail oldum.
Azərbaycan Dövlət Kukla Teatrının kollektivinə - başda Rəşad Əhmədzadə olmaqla, Səidə Haqverdiyeva (rejissor - red.) və ilk gündən yanımızda olan Ülviyyə Əliyevaya (aktrisa - red.) təşəkkür edirəm. Bizə ailə oldular. Tünzalə Əliyeva bir də bu dünyaya gəlməyəcək, mən sənə gələcəyəm. Amma kim bilir, bəlkə səhnəyə “Toppuş bacı” gələcək (Sənin məndə olan yadigarın)”.
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib.
- A-
- A
- A+
Şoutaym
15:39 / 09.03.2023
“Toppuş bacı”nın qızı tamaşada rol aldı - VİDEO
Hazırda oxunan: “Toppuş bacı”nın qızı tamaşada rol aldı - VİDEO
Hazırda oxunan: “Toppuş bacı”nın qızı tamaşada rol aldı - VİDEO
124614
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.