Mətanətin qardaşının SƏHHƏTİ PİSLƏŞİB - VİDEO

Hazırda oxunan: Mətanətin qardaşının SƏHHƏTİ PİSLƏŞİB - VİDEO

124222

Əməkdar artist Mətanət İsgəndərlinin qardaşının səhhətində ciddi problemlər yaranıb. 

Bizim.Media xəbər verir ki, müğənni “Maqazin plus” verilişinə  müsahibəsində bildirib ki, qardaşının böyrəkləri fəaliyyətini dayandırıb. 

“Qardaşım dializ xəstəsidir. Əvvəl şəkərdən əziyyət çəkirdi. Bu da böyrəklərinə təsir etdi. O gün mənə zəng vurub dedi ki, bacı, sən mənim anamsan.

Bilirsən, ömrümə az qalıb. Şükür Allahın məsləhətinə. Ömrü verən Allahdır. Qardaşım atama çox oxşayır. Ona kömək etməsəm, ürəyim partlayar. Atamın balasıdır, onun ruhu da orada şad olsun”. 

Qeyd edək ki, M.İsgəndərlinin atası ötən il dünyasını dəyişib.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin