Könül Kərimova: “Evliliyimi 30 il qorumağa çalışdım” - VİDEO

Hazırda oxunan: Könül Kərimova: “Evliliyimi 30 il qorumağa çalışdım” - VİDEO

124074

Əməkdar artist Könül Kərimova uzun illərdən sonra həyat yoldaşından boşandığını etiraf edib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Günün sədası” verilişində danışıb. 

Kərimova ailəsini qorumaq üçün 30 il vaxt sərf etdiyini bildirib: 

“Ünvanımın sahibi yoxdur. Amma o ünvanı illərdir ki, axtarıram. Bilirəm ki, tapmayacağam. İnsan ümidini heç zaman üzmür. Bu yaxınlarda bir yazıçıdan gözəl söz eşitdim. Dedi ki, yanlış bir evlilik bütün ömrün boyu uduzmaq deməkdir. 30 il evliliyimi qorumağa çalışdım. Bu sənətdə çox şeylərdən geri qaldım. Etiraf edim ki, bunun səbəbi məhz evliliklə bağlı yaşadığım çətinliklərim oldu. Ağır bir məclisdən çıxırdım, gedib yorğun, halsız evə çatırdım və evdəki problemləri çözməyə başlayırdım. Xatırlamıram ki, gəlib evdə nəyisə hazır görüm. İllər sonra başa düşdüm ki, heç bir xanıma güclü olmağı arzu etmirəm. Gənc olanda bir çox şeylərin fərqinə varmırsan, amma illər keçir, gecə olur sadəcə bir sənsən, pəncərədən düşən işıqlar olur.

Kimləsə nəyisə bölüşmək istəyirəm, amma o yoxdur. Bundan da çətin heç nə yoxdur bu həyatda. Elə şeylər var ki, heç övladla da bölüşə bilmirsən. Bu çətinliklərə artıq öyrənmişəm, mənimlə bir yerdə sona kimi gedəcək. Əslində bu addımı atmaq o qədər də çətin olmadı. Çünki çoxdan vidalaşmışdım.
Elə ilk gündən, yanlış imza atdığım andan bunu hiss etmişdim. Başa düşdüm ki, evlilik sadəcə kağız üzərində olmur. Hara qədər bacardımsa, oraya kimi daşıdım. Çox səliqəli sağollaşdıq. Məktub yazdı ki, bağışlayın, olmadı...”. 

Qeyd edək ki, Könül Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Cütlüyün Rəşad və Ləman adlı iki övladı var.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin