Nadir Qafarzadə: “Həyat yoldaşım cavanlıqda yox, indi qısqanır” - VİDEO

Hazırda oxunan: Nadir Qafarzadə: “Həyat yoldaşım cavanlıqda yox, indi qısqanır” - VİDEO

124042

“Qadın istər-istəməz ömür boyu qısqanır. Çox maraqlıdır ki, həyat yoldaşım Sevinc xanım gənclik illərimdə məni qısqanmırdı, yaşlanandan sonra qısqanır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl 52 yaşına qədəm qoyan müğənni Nadir Qafarzadə “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Ailəsindən söz açan sənətçi, həyat yoldaşı Sevinc xanımı tərəfindən qısqanıldığını etiraf edib:  

“Etiraf edirəm ki, həyat yoldaşım məni qısqanır. Amma o da bilir ki, əbəs yerə qısqanır. Hara getsəm, yenə də balalarımın yanına gəlirəm. Mən yolu əyri yox hər zaman düz getmişəm. Biz elə düzgün yaşayırıq ki, qadağalar olmasın. İnsan elə yaşamalıdır ki, ona qadağa qoymasın. Qısqanclıq varsa, sevgi də var. Həqiqi sevgidə etibar olmalıdır. Etibar etmirsənsə, demək qısqanmırsan”. 

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün Loğman və Əziz adlı iki oğlan övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin