Aparıcı İlkin Həsəninin bloqer həyat yoldaşı Aysel Həsəni paylaşımları ilə “ağılları qarışdırıb”.
Bizim.Media xəbər verir ki, influenser sosial şəbəkə hesabında izləyicilərindən gələn suallarına verdiyi cavabları ilə diqqət çəkib.
“Məncə sizin üçün sevgi vacibdir?” sualına Aysel belə reaksiya verib:
“Sevgi həyatımın 90%-dir. Mən sevgi ilə var olan biriyəm. Sevmədən sevilsəm, ya sevilmədən sevgi görsəm, bu, mənim yaşamımda belə özünü göstərəcək. Mən bu həyata sevgini tam anlamıyla yaşamaq üçün gəlmişəm deyə, düşünürəm. 30 yaşımadək sevgi anlayışım fərqli imiş. Sevginizin dəyərini biləcək, onu daha da yüksəldəcək, onu sevməyinizlə xoşbəxt olacaq birini seçin yanınıza. Sevginizi öldürən, ürəyinizi ayaq altına atan narsistlərdən özünüzü qoruyun. Sevgi bu qədər ucuz deyil”.
Digər izləyicisinin “Məncə sən kinli deyilsən...” sözlərinə isə bloqerin cavabı belə olub:
“Çox kinliyəm. Sevdiyim insanları bir səhvində silmirəm. Amma sildimsə, bitmişdir”.
Ayselə daha bir ünvanlanmış “Ən çox özünüzü sevirsiz?” sualına “Anam və qızımdan sonra ən çox özümü sevirəm” cavab verib.
Bloqerin bu cavabları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Ayselin İlkin ilə münasibətlərində problemlərin yarandığını iddia ediblər.
Aysel və İlkin cütlüyünün “Instagram” hesablarını incəliyəndə ikilinin bir-birini sözügedən şəbəkədə izləmədən çıxartması məlum olub. Bu azmış kimi, onlar birgə olan fotolarını belə səhifələrindən siliblər.
Cütlüklə redaksiyamızın əməkdaşı əlaqə saxlasa da, onlar telefonlara cavab verməyiblər.
Qeyd edək ki, İlkin və Aysel cütlüyü 2017-ci ildə ailə qurub. Aşiqlərin Alisa adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:25 / 06.03.2023
İlkin Həsəni ilə bloqer xanımı arasında NƏ BAŞ VERİB? - FOTO
Hazırda oxunan: İlkin Həsəni ilə bloqer xanımı arasında NƏ BAŞ VERİB? - FOTO
Hazırda oxunan: İlkin Həsəni ilə bloqer xanımı arasında NƏ BAŞ VERİB? - FOTO
124024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.