Brilliant Dadaşova bunu etdiyi üçün peşmandır - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova bunu etdiyi üçün peşmandır - VİDEO

123944

"O qədər insan sevənəm ki... Kimdənsə uzaqlaşıramsa, bilin ki, birdəfəlik iş deyil. Bir, iki dəfə göz yumuram. Artıq dəfələrlə sınaqlardan sonra baş verir. Bir sözlə, incimək mənim xasiyyətimdə yoxdur".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "MTV maqazin" verilişinə müsahibəsində deyib. 

Sənətçi illər əvvəl həmkarları ilə yaşadığı qalmaqallardan söz açaraq, onlara cavab verdiyi üçün peşman olduğunu bildirib:

"Tez incimirəm, insanları gözəl anlayıram. Mütəmadi olaraq davam etdiyini görəndə uzaqlaşıram. İnsanın xarakteri bütöv olmalıdır. İnsan nəyinsə xatirinə prinsiplərinin üzərindən keçməməlidir. Deyirlər, işinin xatiinə ayıya dayı de. Mən bunu edə bilmərəm. İnsan mənəvi dəyərləri qorumalıdır. 

Əvvəllər, 20 il əvvəl qalmaqallara cavab vermişəm. Səhv etmişəm. Bilmirdim ki, insanlar nəyin bahasına olursa-olsun gündəm yaradırlar. Gərək cavab verməzdim. Bir şey də var ki, cavab verməyəndə söhbət uzanır. Bir vaxtlar cavab vermişdim, indi hesab edirəm ki, lazım deyil.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin