Ayan 6 saata hansı ƏMƏLİYYATLAR KEÇİRİB? - ÖZƏL

Hazırda oxunan: Ayan 6 saata hansı ƏMƏLİYYATLAR KEÇİRİB? - ÖZƏL

123937

Müğənni Ayan Babakişiyeva plastik əməliyyat etdirib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, etdirdiyi cərrahi müdaxilə nə az nə çox, düz  6 saat davam edib:

"Bir neçə estetik əməliyyatlar keçirdim. Özümü yaxşı hiss edirəm. Beş-altı saat əməliyyatda qaldım. Elə əməliyyatlarım olub ki, onlar yeddi-səkkiz saat çəkib. Bu əməliyyatlardan sonra beş-altı il sakit yerimdə oturacağam. Özümü əməliyyatlardan əvvəl ağır hiss edirdim. Çünki ağrılarım çox idi.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Ayan Babakişiyeva ilə əlaqə saxlayıb.

Sənətçi bildirib ki, əməliyyatı fevralın birində gerçəkləşib:

"Əməliyyatlarım şükürlər olsun ki, çox uğurlu alındı. Uğurlu ona görə alınıb ki, çox cüzi yəni hiss edilməyəcək dərəcədə kiçik toxunuşlarla korreksiya olunub. Göz nahiyyəmi dartdırdım (endoskopik üz gərmə - red.), buxağımda və bədənimdə liposaksiya əməliyyatı keçirdim. Artıq keçirdiyim əməliyyatların uğurlu nəticəsini görürəm".

Qeyd edək ki, müğənni illər əvvəl burnunda "rinoplastika" və bədənində "liposaksiya" əməliyyatı keçirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin