"Başa düşə bilmirəm ki, bu insanlara nə etmişəm və onlara nə pisliyim dəyib? Onların əlindən mən nələr çəkdim?! Haqqımda gah yaxşı, gah pis danışdılar. İnsanların gözündə məni başqa cür tanıtmaq istəyirdilər. Çox şükür, xalqın gözü tərəzidir. Onlar hər şeyi yaxşı görür".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Şou xəbər" verilişinə müsahibəsində deyib.
Sənətçi bir zamanlar onu gözdən salmağa çalışan həmkarlarını Allahın ixtiyarına buraxdığını söyləyib:
"Onlar güya ki, öz aləmində Şəbnəmi ifşa etdilər. Amma yox, hətta öz daşında boğulan da oldu. Bəzi insanların qəlblərinin qara olması məni çox incidir. Onları Allaha tapşırmışdım. Allaha çox şükür ki, bu yolda məni çox gözəl çıxartdı".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
00:08 / 05.03.2023
Şəbnəmdən HƏMKARLARINA: "Onları Allaha tapşırmışam" - VİDEO
Hazırda oxunan: Şəbnəmdən HƏMKARLARINA: "Onları Allaha tapşırmışam" - VİDEO
Hazırda oxunan: Şəbnəmdən HƏMKARLARINA: "Onları Allaha tapşırmışam" - VİDEO
123845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.