Afaq Gəncəli aparıcısı olduğu “Səhər mərkəzi” verilişindən ayrılıb.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu bu gün proqramın canlı efirində tamaşaçılarla sağollaşıb.
A.Gəncəli bildirib ki, onun sözügedən verilişdə fəaliyyətinə ara verməsinə səbəb isə səhhətində yaranan problemdir.
"“Səhər mərkəzi” verilişi ilə sağollaşıram. Səhhətimlə bağlı bir müddətlik olmayacağam. Bütün heyyətə təşəkkür edirəm (ağlayır). Qayıdacağam, yeni layihələr, işlər olacaq. Səhhətim düzələn kimi qayıdıb, gələcəyəm”, - deyə Afaq vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media