Cavanşir Məmmədov onlardan qorxduğunu AÇIQLADI - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov onlardan qorxduğunu AÇIQLADI - VİDEO

123606

“Musiqiçilərdən milyoner olmayıb. Söhbət sənətlə təmiz məşğul olan insanlardan gedir. Bu dəqiqə axtarsan bankda, orada-burada borcumuz-xərcimiz var. Bu yekəxana danışmaqları qoymalıyıq bir kənara”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Günün sədası” verilişində deyib.  

Sənətçi həyatda dəlləkdən, ofisiantdan və şər, böhtan atan qadınlardan qorxduğunu etiraf edib:

“Həyat üç adamdan qorxuram. Birincisi dəlləkdən... Oturarsan dəlləyin qarşısında, bir balaca ağzından pivə iyi gələr. Onunla düşmənçiliyin olar, əlindəki ülgüclü şah damarını kəsər. Deyər ki, oturmuşdu, içkili idi. Şah damar kəsildisə, üç-beş dəqiqəyə yardım etmədinsə... İkincisi ofisiantdır. Yeməyi gətirənə kimi, içinə nələrsə ata bilər. Bəzi müğənnilərimizin səsi batan kimi.. Bu da var. Hələ ölümü demirəm. Üçüncüsü isə şərbaz qadından qorxuram. Şər atar üstümə”.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin