Xəbər verdiyimiz kimi, sayca 67-ci “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçiriləcək.
Bizim.Media sözügedən yarışmanın saytına istinadən xəbər verir ki, Britaniya höküməti Ukraynada döyüşlər zamanı evlərini tərk etmək məcburiyyətində qalan məcburi köçkünlərin şounu izləmək üçün 3000 pulsuz bilet ayırıb.
Məcburi köçkünlərə biletləri Böyük Britaniyanın Mədəniyyət, Media və İdman Departamenti verəcək. Bilet üçün müraciət prosesi isə qısa müddət ərzində mətbuat vasitəsi ilə elan olunacaq.
Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsi mayın 9 və 11, final isə mayın 13-də baş tutucaq.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:47 / 01.03.2023
“Avroviziya”dan ukraynalı məcburi köçkünlərə JEST
Hazırda oxunan: “Avroviziya”dan ukraynalı məcburi köçkünlərə JEST
Hazırda oxunan: “Avroviziya”dan ukraynalı məcburi köçkünlərə JEST
123216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.