Xəbər verdiyimiz kimi, 1993-cü ildə çəkilən “Təhminə” filmində “Təhminə” obrazı ilə Azərbaycanda məşhurlaşan Türkiyəli aktrisa Meral Konrat yenidən Azərbaycan kinosunda rol alıb.
Bizim.Media xəbər verir ki, aktrisa “Elçilik” filminə çəkilib.
Meral qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində Xalq artisti Fəxrəddin Manafovla bağlı sualları cavablandırıb.
“Təhminə” filmindən sonra eşq yaşadığınız iddia edildi. Siz Fəxrəddin bəylə sevgili olmusunuz?” sualına Konratın cavabı belə olub:
“Aramızda heç nə olmayıb. Həmin filmi qəlbdən hiss edərək oynadıq. Elə bir şey yaşanmadı. Çox yaxşı dostuq, onu çox sevirəm. Subayam, evlənmək istəyən namizədlərimi gözləyirəm”.
Verilişin gedişatında Meral Konrat subay olduğunu və ailə qurmaq istədiyini açıqlayıb.
Proqramın aparıcısı Elgiz Əkbər isə türk aktrisasının Bakıya köçərək, burada yaşamaq istədiyini bildirib. O həmçinin əlavə edib ki, hazırda oteldə qalan Meralın Bakıda yaşaması üçün evə ehtiyacı var. Əkbər Konratın gözündə problem olduğunu və yaxın zamanda əməliyyat olunacağını da diqqətə çatdırıb.
Rəşad Əliyev, Bizim.Media