Türkiyənin məşhur ulduzu Gülben Ergen növbəti dəfə zəlzələ qurbanları üçün hərəkətə keçib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi Təhsil Nazirliyinin dəstəklədiyi kampaniya ilə zəlzələdən zərər çəkən 11 şəhərdə uşaq bağçası tikməyə başlayıb.
Ergen sözügedən məsələ ilə bağlı “11 fəlakət bölgəmizdə 11 uşaq bağçası tikmək üçün işə başladıq” deyə açıqlama verib.
Qeyd edək ki, 2010-cu ildə qurduğu “Uşaqların gülümsəməsi üçün” dərnəyi ilə bir çox şəhərlərdə uşaq bağçaları inşa etdirən Gülben Ergen 2019-cu ildə Diyarbəkirdə 39-cu uşaq bağçasını açıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:28 / 27.02.2023
Gülben Ergen 11 zəlzələ bölgəsində uşaq bağçası TİKƏCƏK
Hazırda oxunan: Gülben Ergen 11 zəlzələ bölgəsində uşaq bağçası TİKƏCƏK
Hazırda oxunan: Gülben Ergen 11 zəlzələ bölgəsində uşaq bağçası TİKƏCƏK
122826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.