Təhminə 30 ildən sonra yenidən AZƏRBAYCAN KİNOSUNDA - FOTO/VİDEO 

Hazırda oxunan: Təhminə 30 ildən sonra yenidən AZƏRBAYCAN KİNOSUNDA - FOTO/VİDEO 

122411

"Təhminə" filmində Təhminə obrazı ilə karyerasına damğa vuran Türkiyəli aktrisa Meral Konrat 30 ildən sonra yenidən Azərbaycan filmində rol alıb.  

Bizim.Media xəbər verir ki, sözügedən ekran əsəri "Elçilik" adlanır.  

Bununla bağlı filmin baş prodüseri Toğrul Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb. O, M. Konratın rol aldığı filmlə əlaqədar videoaçıqlamasını izləyiciləri ilə bölüşüb.  

"30 ildən sonra yenə Azərbaycandayam. Bütün Azərbaycana sevgimi göndərirəm. Yaxın zamanda "Elçilik" adlı gözəl komediya filmi ilə görüşünüzə gələcəyik", - deyə M.Konrat vurğulayıb.  
Qeyd edək ki, sözügedən ekran əsərində aktyorlar Firuzə Balayeva, Niftulla Əsgərov və Teymur Məmmədov, müğənni Xatun Əliyeva, aparıcılar Elgiz Əkbər, Pərvanə Tahirqızı da rol alıb.

Rəşad Əliyev, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin