“Yuğ” teatrının aktrisası Zümrüd Qasımova ötən ilin iyununda rol aldığı “Simurq” serialının çəkilişləri zamanı qolunun sındığı görüntülərini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçi sözügedən kadrları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qasımova paylaşımına “Əlimin sındığı səhnə” qısa şərhini yazıb.
Görüntülərdə aktyor Nurlan Süleymanlının Zümrüd Qasımovanı sərt şəkildə itələyib. Həmin an isə Zümrüd divara çırpılıb və qolunun sındırıb.
Rəşad Əliyev, Bizim.Media