Həbs olunan Təranənin uşaqlarının aqibəti necə olacaq? - ÖZƏL

Hazırda oxunan: Həbs olunan Təranənin uşaqlarının aqibəti necə olacaq? - ÖZƏL

122305

Xəbər verdiyimiz kimi, fevralın 14-də prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs olunub. Bundan sonra onun iki qız uşaqları - 13 yaşlı Suel və 7 aylıq Adel Azərbaycan uşaqlar birliyinin sığınacağa yerləşdirilib. 

Təranənin uşaqlarının aqibətinin necə olacağı ilə bağlı məlumat almaq üçün Bizim.Media-nın əməkdaşı Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxlayıb. 

Sədr bildirib ki, T.Səmədovanın hər iki qızı sığınacaqda qalacaq: 

“Məsələ ilə bağlı Xətai İcra Hakimiyyətinə müraciət etmişik. Uşaqların valideyninin həbs qəti imkan tədbiri seçilən istintaq müddətində, məhkəmə prosesi dövründə sığınacaqda qalmasına və qəyyumluğun alınmasına görə müraciət olunub. Artıq onlar  təcridxanaya sorğu göndəriblər. Yəqin ki, yaxın günlərdə bununla bağlı cavab bəlli olacaq.  Amma Təranənin hər iki qızı sığınacaqda qalacaq. Təranənin böyük qızı Suelin təhsil alması ilə bağlı artıq danışılıb. Bu məsələ öz həllini tapacaq”.  

K.Ağazadə, həmçinin əlavə edib ki, prodüserin yeddi aylıq körpəsi inkişafdan geri qalıb:

“Təranənin kiçik qızı Adelin sağlamlıq vəziyyəti zəifdir. Körpə yaşına və çəkisinə görə, inkişafdan geri qalıb. O baxımından müəyyən müalicələr yazılıb. O güclü qidalanacaq, hər şey qaydasına düşəcək”.

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin