Aşıq Zülfiyyə İbadovanın müğənni Vəfa Şərifovadan küsülü olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, sənətçilərin arasındakı inciklik qonaq olduqları “Həmin Zaur” axşam şousunda məlum olub.
Buna səbəb isə Vəfa ilə həmkarı Nəfəsin Z.İbadovanın repertuarında yer alan “Sənin həsrətindən, sənin dərdindən” mahnısını icazəsiz “popuri” duet oxuması olub.
Hətta Zülfiyyə İbadovanın oğlu Babək sənətçilərdən sözügedən “popuri”ni “YouTube”dan silməyini istəyib.
“Mənim “Youtube” işlərimi aparan şəxs zəng vurub dedi ki, Babək həmin mahnını sildirməyimizi istəyir. Biz, Zülfiyyə xanımın qəlbinə o qədər əmin idik ki.. Bilirdik ki, bizim bu mahnını oxumağımıza yox deməyəcək. Nəfəs də, mən də dedik ki, mütləq zəng vurub mahnının icazəsini ondan alacayıq”, - deyə V.Şərifova vurğulayıb.
Aşıq isə “Heç kimdən küsməmişəm. Mənim heç “YouTube”dan başım çıxmır” deyib.
Daha sonra Vəfa incikliyi aradan qaldırmaq üçün Z.İbadova üçün aldığı gül çələngini və bahalı ətiri hədiyyə edib. Bundan sonra tərəflər arasında küsülüyə son qoyulub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:13 / 23.02.2023
Vəfa aşıq Zülfiyyə ilə barışmaq üçün efirdə ona hədiyyə BAĞIŞLADI - VİDEO
Hazırda oxunan: Vəfa aşıq Zülfiyyə ilə barışmaq üçün efirdə ona hədiyyə BAĞIŞLADI - VİDEO
Hazırda oxunan: Vəfa aşıq Zülfiyyə ilə barışmaq üçün efirdə ona hədiyyə BAĞIŞLADI - VİDEO
122098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.