Tolikə görə kanala niyə xəbərdarlıq edilib? - VİDEO

Hazırda oxunan: Tolikə görə kanala niyə xəbərdarlıq edilib? - VİDEO

121939

Xəbər verdiyimiz kimi, Audiovizual Şurası “MTV Azərbaycan” telekanalına xəbərdarlıq ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb Tolik ləqəbi ilə şou-biznesdə prodüser kimi tanınan Tarix Əliyevin aparıcısı olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişi olub. 

Belə ki, Tolikin proqramda istifadə etdiyi “Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də...Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz...kimdi dalında duran?” və ““...kimdi e bunun daydayı... guya “uçastkovu” bilmir? Onda “uçastkovu”nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli...” sözləri çalışdığı kanalı zərbə altına qoyub. 
Bu hal “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı “Muz TV Azərbaycan” MMC-yə (“MTV” televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin