Manaf Ağayev: “Düşük kimi sağlam dişimizi çıxardıb, qızıl qoyurduq” - VİDEO

Hazırda oxunan: Manaf Ağayev: “Düşük kimi sağlam dişimizi çıxardıb, qızıl qoyurduq” - VİDEO

121866

“Biz xalqa ac və tox günlərimizi göstərmişik. Xalqımızın bəzi nümayəndələri kiminsə yaxşı geyimini, evini, avtomobilini həzm edə bilmir. Onların gözünə sanki ox batır. Yataqxanada, kirayədə qalanda da vəziyyətimizi göstərmişik. İndiki yaşadığımız evimizi çəkəndə isə şişirdirlər. Yataqxanada, kirayədə qalanda tamaşaçılar yazıb, deyirdilər ki, gör bu cür kişi harada qalır. Amma onlar anlamırlar ki, bu səviyyəyə gəlmək üçün biz gecələrimizi çöllərdə, təyyarələrdə qala-qala, dəfələrlə məclislərdən qayıdarkən avtomobil qəzalarına düşmüşük. Amma sağ qalmışıq. Bunları damla-damla qazanmışıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçi illər əvvəl olduğu görünüşünü lağa qoyub: 

“Bizim qazancımız bəlli deyil. Çünki olur ki, toylara gedirik heç dədəmizin görmədiyi hədiyyər və ya pullar verirlər. Ona görə bizi bununla bağlı sorğu-sual etmək olmaz. Vaxt var idi ki, düşük-düşük gedib sağlam dişimizi çıxardıb, qızıl diş qoyurduq. Ağlımız kəsmirdi də... O zaman isə bunlar dəb idi. Bir dəfə efirdə İzzət Bağırovun arxiv görüntülərini efirdə göstərdilər. O kadrlarda İzzət yekə pencək geyinmişdi. Dedim ki, gör İzzət bu gündədirsə, biz nə gündə olmuşuq”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin