Bekhemlərin Alp dağlarında dəbdəbəli XİZƏK MACƏRASI - FOTO

Hazırda oxunan: Bekhemlərin Alp dağlarında dəbdəbəli XİZƏK MACƏRASI - FOTO

121433

Qışın son ayında Viktoriya və Devid Bekhem gənc uşaqları - 17 yaşlı Kruz və 11 yaşlı Harper ilə birlikdə Alp dağlarında xizək kurortuna yollanıblar. 

Bizim.Media xəbər verir ki, məşhur cütlük səfərdən görüntülərini sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.  

Paylaşılan fotoların birində Kruz kifayət qədər riskli snoubord elementini icra edib.  

Viktoriya öz markasını, bunun fonunda həyat yoldaşının gözlərini bəzəyən İtalyan moda evi Prada markasına məxsus eynəyini reklam etməkdən vaz keçməyib. 
 “Viktoriya Bekhem və “Prada” dağ yamaclarında görüşərkən” , - deyə Viktoriya paylaşımına şərh yazıb.  

Diqqət çəkən məqam isə cütlüyün böyük evli oğlu Bruklinin onlarla birlikdə olmaması olub. Belə ki, o, hazırda həyat yoldaşı Nikola Peltz ilə Los-Ancelesdədir.  




















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin