Vasif: “Şiş dodaqlı xanımları “TikTok”a buraxmasınlar” – VİDEO

Hazırda oxunan: Vasif: “Şiş dodaqlı xanımları “TikTok”a buraxmasınlar” – VİDEO

121200

Əməkdar artist Vasif Məhərrəmli növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda şou-biznesdə ikiüzlü insanlardan söz açıb. 

Vasif həmin insanları ifşa edərək, onlara əsəb keçirdiyini bildirib: 

“Bizim sahədə o qədər mələk cildinə girənlər var ki... İnsan kənardan baxır, əsəb keçirir. Axı bilirsən ki, onun daxili o deyil. Bunu isə yalnız ağıllı insanlar sezə bilir. Demirəm ki, ağılsız insanların sayı çoxdur. Sadəcə, bu məsələlərin üstündən keçənlər var, deyirlər ki, hə, bu da belədir. Ola bilsin ki, belə insanlar hər sahədə var. Onlar olduğu kimi görünmürlər”. 

Sənətçi daha sonra “TikTok” sosial şəbəkə platformasında canlı yayım açan dodağını şişirtmiş xanım istifadəçiləri tənqid edib: 

“Şiş dodaqları “TikTok”a buraxmasalar, yaxşı olar. Mən öz tövsiyəmi verirəm ki, kaş belə edilərdi. Məsələn, hansısa bir sistem olardı, şiş dodağı görən kimi şəbəkə bağlanardı”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin