“Əvvələr bir ayın 31 günündə 33-35 dəfə toyda olmuşam. Bir gündə bir neçə toyda çıxışlar edirdim. İndi isə toyların sayı çox azdır. Çünki evlənənlərin sayı azalıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Sənətçi toyların azlığından şikayət edib:
“Toyların az olmasına səbəb isə müğənnilərin və toy alverçilərinin və “maklerlər”in sayının çoxalmasıdır. Bilirsiniz sayları nə qədərdir? Onlar deyirlər ki, sən filan müğənnini neynirsən ki, filan qrup mənim dostumdur. Onları çağıraq.
Burada faiz söhbətləri var. 2500-3000 manata toya gedən qrupu görəndə isə deyirlər ki, toya pul salmalıyam, oradan mənə 300 manat pul verərsən də... Mən vermişəm, amma o qədər məbləğ yox. Cəmi 100 manat. Bilirsiniz niyə 100 manat vermişəm? Çünki mən 15-16 nəfər ansambl ilə 3000 manata toya getmişəm. O puldan ona 300 manat verə bilmərəm”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:38 / 18.02.2023
Cavanşir Məmmədov niyə toylara az çağırılır? Özü AÇIQLADI – VİDEO
Hazırda oxunan: Cavanşir Məmmədov niyə toylara az çağırılır? Özü AÇIQLADI – VİDEO
Hazırda oxunan: Cavanşir Məmmədov niyə toylara az çağırılır? Özü AÇIQLADI – VİDEO
121182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.